Haqqımızda

Həkim-cərrah Agil Abilov kimdir?

1984-cü il Azərbaycan Respublikası Qubadlı rayonunda anadan olan A.Abilov 2000-ci ildə Sumqayıt Özəl Türk Liseyini bitirdikdən sonra 626 bal ilə Azərbaycan Tibb Universiteti Müalicə-Profilaktika Fakültetinə ve YÖS imtahanı ilə Marmara Üniversitesi Tıp Fakültesine daxil olmuş, ATU da təhsilini davam etdirmişdir. 2003-cü ildə Universitetlər arası anlaşma ilə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinə transfer olmuş ve tibbi təhsilinə İstanbulda davam etmişdir. 2006-cı ildə tibb fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir. 2007-ci il aprel ayında keçirilən TUS (tıpta uzmanlık sınavı – tibbdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Uşaq Cərrahiyəsi və Uşaq Urologiyası Kafedrasına 64.5 bal ilə daxil olaraq rezidentura təhsilinə başlamışdır. 2012-ci il dekabr ayında rezidentura təhsilini başa vuraraq Uşaq cərahı və Uşaq urologu ixtisasını almışdır. 2013-2016 ci illər arasında İstanbul Memorial Hizmet Hastanesi ve Memorial Şişli Hastanesinde Uşaq cərrahiyyəsi və urologiyası uzmanı olaraq həkimlik fəaliyyeti göstərmişdir. 2016-cı il yanvar ayından etibarən Azərbaycana qayıdaraq Baku Medical Plaza xəstəxanasında Uşaq cərrahı və urologu olaraq fəaliyyet göstərməkdədir.

Agil Abilovun birçox elmi jurnallarda məqalələri dərc olunmuşdur. Op.Dr.Agil Abilov Türk Tabipler Birliği, Türkiye Çocuk Cerrahisi Derneği, Cinsel Gelişim ve Hipospadias Derneği, PEDURO derneği kimi cəmiyyətlərin üzvüdür. Evli və 2 uşaq atasıdır.